!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Musiqi sənəti üzrə ali təhsil pilləsinə aid qabiliyyət imtahanının vaxtı açıqlandı

!Reklam – Yazi

Dövlət İmtahan Mərkəzi (DİM) musiqi sənəti istiqamətinin ali təhsil pilləsinə aid qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlərə müraciət edib.

DİM-dən Yenicag.az-a bildirilib ki, Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin Musiqi sənəti istiqamətinin qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər müvafiq keçidə daxil olaraq imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

İmtahanlar 17-21 iyul tarixlərində Bülbül adına orta ixtisas musiqi məktəbində keçiriləcək (Bakı şəhəri, Əhməd Cavad küçəsi, 9).

İmtahan tarixi və saatı buraxılış vərəqələrində qeyd olunur. İmtahana gələn abituriyentlərin konsertmeysterləri müvafiq keçidə daxil olaraq abituriyenti siyahıya əlavə edib buraxılış vərəqini çap etməlidirlər. Buraxılış vərəqi olmayan, abituriyentin ixtisas müəllimi və ya valideyni olan konsertmeysterlər imtahan binasına buraxılmırlar.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan nəticələri ilə bağlı apellyasiya prosesi imtahan günü imtahan binasında və imtahan başa çatdıqdan sonra təşkil edilir. Apellyasiya komissiyasına vaxtında müraciət etməyən abituriyentlərin işlərinə baxılmır.

Bundan əlavə, bildiririk ki, Naxçıvan Dövlət Universitetinin musiqi sənəti istiqamətinin ixtisasları üzrə qabiliyyət imtahanlarının 24-26 iyul tarixlərində onlayn şəkildə keçirilməsi nəzərdə tutulub.

Hazırda musiqi sənəti istiqaməti üzrə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən onlayn qabiliyyət imtahanları 15 iyul taraxinədək davam edəcək.

www.yenicag.az

162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv