!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Musiqi və incəsənət məktəblərinə işə qəbul imtahanının vaxtı açıqlandı

!Reklam – Yazi

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirəcək.

DİM-dən Yenicag.az-a bildirilib ki, imtahan 16 iyul 2023-cü il tarixində təşkil olunacaq.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 24 iyun saat 15:00-dan 6 iyul saat 17:00-dək həyata keçirilir.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola və imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

https://exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv