!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müstəqil Fələstin dövlətinin yaradılması üzərində işə başlamaq lazımdır” – Hakan Fidan

!Reklam – Yazi

Fələstin-İsrail münaqişəsi zonasında əməliyyat problemlərinin həlli ilə paralel olaraq həqiqi müstəqil Fələstinin yaradılması üzərində işə başlamaq lazımdır.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının iclası çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Türkiyə beynəlxalq ictimaiyyətin həm hüquqi, həm də mənəvi öhdəliklərini yerinə yetirməsi üçün intensiv işlər görür.

H.Fidan təcili atəşkəsə nail olunmasının vacibliyini bəyan edib.

“[Qəzzaya] humanitar yardımın çatdırılması üçün də təcili yardıma ehtiyacımız var. Amma bununla paralel olaraq biz mövcud problemin kökünü həll etməyə – iki dövlət prinsipi əsasında nizamlanma üzərində işləməyə başlamalıyıq”, – deyə nazir qeyd edib./Trend/

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv