!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müstəqil seçki müşahidə missiyasının RƏYİ: “Qadınların və yaşlı seçicilərin xüsusi fəallığı...”

!Reklam – Yazi

“Səsvermə prosesində seçkilərin nəticələrinə təsir edəcək heç bir qayda pozuntusu qeydə alınmayıb”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 7 fevral seçkilərində həyata keçirdiyi müşahidəçilik missiyasının fəaliyyətini dəyərləndirən qurumun rəhbəri Umud Mirzəyev deyib.

O bildirib ki, müşahidəcilərin qeydlərinə əsasən, səsvermə prosesi tam şəffaf və obyektiv keçirilib:

“Müşahidələr onu göstərir ki, əksər məntəqələrdə 85-90 faizə qədər seçici fəallığı qeydə alınıb. Xüsusilə, məcburi köçkün qəsəbələrində və işğaldan azad olunmuş ərazilərdə yerləşən seçki məntəqələrində seçici fəallığı xüsusilə yüksək olub. Müşahidəçilərimizin qeydlərinə əsasən, seçki prosesi son dərəcə şəffaf və obyektiv şəkildə keçirilib”

Fondun prezidenti seçki prosesində yaşlı təbəqənin fəallığını xüsusi vurğulayıb:

“Səsəvermə prosesində həm müşahidəçilərin, həm də medianın fəaliyyətinə normal şərait yaradılıb və hər şey göz önündə olub. Seçkilər son dərəcə ədalətli, əvvəlki seçkilərdən fərqli, pozuntuların minimum səviyyədə olduğu şəraitdə keçirilib. Müşahidəçilərimizin bildirdiyinə görə, bir neçə halda kiçik və nəticələrə təsir etməyən yanlışlıqlara yol verilib.

Səsvermənin ilk dəqiqələrindən etibarən, qadınların və yaşlı seçicilərin xüsusi fəallığı müşahidə edilib. MSK-nın fəaliyyəti, seçki hazırlığı və təşkilatçılığı müşahidəçilərimiz tərəfindən yüksək qiymətləndirilib”.

İsmayıl Bakuvi

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv