!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müstəqillik Günü və bolşevik işğalı haqqında QANUN: “Əgər milli düşüncə təqib olunursa...” - ŞƏRH

!Reklam – Yazi

“Millətin vəzifəsi bolşevizmlə artıq yüz ildir davam edən mücadiləni qələbə ilə yekunlaşdırmaqdır”.

Bu fikirləri “Müstəqillik Günü haqqında” qanunun qəbulundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1920-ci il aprelin 27-də bolşevik Rusiyası tərəfindən işğalına dair xüsusi qanunun qəbul edilməsinə dair təkliflərə münasibət bildirən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, milli zehniyyət təqib edilirsə, mütərəqqi dəyişikliklərdən danışmaq mümkün olmayacaq:

“Mən ötən çıxışlarımdan birində də bildirmişdim ki, biz hələ bolşevizmlə qurtarmamışıq, onun varisləri hələ də ortadadırlar və o baxımdan, ideoloji savaş bitməyib, Məmməd Əmin Rəsulzadə, onun yolunun davamçıları təqib olunur. Onun qoyduğu dəyərlər və demokratiyaya keçid qarşısında ciddi əngəl yaradılıb.

Bütün hallarda, mütərəqqi dünya ilə münasibətlər süni şəkildə kəskinləşdirilir, Qərb dövlətlər və institutlarına savaş elan olunur. Bizim “quyu”muzu qazanlar, 1920-ci ildə Cümhuriyyəti devirən, 1990-cı ildə 20 Yanvar qırğınını, 1992-ci ildə isə Xocalı Soyqırımını törədən Rusiya isə strateji tərəfdaş seçilir. Məsələnin kökü buradadır.

Nə qədər ki, millətin iradəsi istismar olunur, milli dəyərlərimiz də eynilə istismar ediləcək. Ona görə də millətin vəzifəsi demokratiya uğrunda mübarizəni gücləndirmək, bolşevizmlə artıq yüz ildir davam edən mücadiləni qələbə ilə yekunlaşdırmaq və milli idealları həyata keçirməkdən ibarətdir. Yenə deyirəm, əgər milli düşüncə, milli zehniyyət təqib edilirsə, mütərəqqi dəyişikliklərdən danışmaq mümkün olmayacaq”.

A.Zeynalov

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv