!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müştəridən “Uber”ə “TƏŞƏKKÜR”: “Sürücüyə görə işimdən oldum” – ŞİKAYƏT

!Reklam – Yazi

Bakıda fəaliyyət göstərən taksi sürücüləri ilə bağlı tez-tez şikayətlər edilir. Müştərilər əsasən sürücülərin artıq ödəniş tələb etməsindən, xüsusən də qadınlara qarşı əxlaqsız təkliflər edilməsindən və bu kimi digər hallardan narazıdırlar.

Bu dəfə isə Yenicag.az-a daxil olan şikayətində müştərilərdən biri “Uber” sürücüsünün onu ünvana çatmamış yarı yolda maşından düşürdüyünü deyib.

Belə ki, Mir Cəlal küçəsi 258-dən “Park Bulvar”a taksi sifariş verən sərnişin sürücüyə tələsdiyini, vacib iş görüşünün olduğunu bildirib. Lakin sürücü yolda müştərisinə qarşı hörmətsizlik edərək maşından düşüb özünə su, siqaret alıb.

Bununla kifayətlənməyən sürücü mobil tətbiqdə göstərilən ünvana çatmamış sərinişinə tıxac olduğunu və maşından düşüb piyada getməsini istəyib.

Şikayətçi baş verənlərlə bağlı saytımıza sürücüyə görə işindən olduğunu bildirib:

“Mən Park Bulvar yaxınlığında təcili iş görüşünə getmək üçün “Uber”dən taksi sifariş etdim. Lakin sürücü “Sahil” metrosu tərəfdə birdən maşını saxladı. O bildirdi ki, bəs qabaq “probka”dır, buradan düş, get. Mən də mübahisə etməmək üçün düşdüm. Düşürdüyü yerdən ünvana ən azı 800-900 metr yol var idi. Buna görə də iş müsabiqəmə gecikdim və işimdən oldum.

Belə taksi sürücülərinə qarşı bir tədbir görülməlidir, ya yox?! İşinə məsuliyyətsiz yanaşan bu sürücüyə görə öz işimdən oldum”.

Məsələ ilə bağlı “Uber”dən bildirildi ki, qısa müddətdə məsələ araşdırırlaraq lazımi tədbirlər görüləcək.

Qeyd edək ki, artıq “Uber” taksi şirkəti müştəri ilə əlaqə saxlayıb və üzrxahlıq edib.

Sadiq Cavadov

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv