!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müştərilər "Bank BTB"dən əmanətlərini geri çəkir: Ramiz Mehdiyevin gəlini iflas bayrağı qaldırır?

!Reklam – Yazi

Bu ilin yanvar-sentyabr aylarına olan sonuncu məlumata görə “Bank BTB” ASC-də müştəri depozitləri (tələbli və müddətli) ilin əvvəli ilə müqayisədə 8,1% azalıb.

Yenicag.az Ekonominfo.az-a istinadən xəbər verir ki, bu ilin Bank BTB” ASC-də müştəri depozitlərinin həcmi 159 milyon 224 min manat olduğu halda, son 9 ayda 11 milyon 902 min manat azalaraq oktyabr ayının əvvəlində 147 milyon 322 min manat olub.

Qeyd edək ki, bu ilin ilk 3 rübü ərzində “Bank BTB” ASC-nin xalis zərəri 987 min manat olub. Ötən ilin eyni dövründə də Azərbaycanda fəaliyyət göstərən 25 bankdan yalnız “Bank BTB” ASC zərərlə işləyib.

Qeyd edək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.

“Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir.

www.yenicag.az

4932
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv