!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müştərilərini "dolayan" "MUSİC GALLERY": Həm ƏDV vermir, həm də... - ŞİKAYƏT/FOTOLAR

!Reklam – Yazi

“MG Music Gallery” mağazalar şəbəkəsi ilə bağlı xeyli şikayətlər var. Belə ki, şirkət alıcılara ödənişin rekvizitini versə də, ƏDV ödənişini təmin etmir. Bundan əlavə, çeklərin üzərində 18%-lik ƏDV-nin verildiyi də qeyd olunub.

Bu barədə Yenicag.az-a şikayət daxil olub.

Həmçinin “Music Gallery” ilə bağlı “Facebook”un “Müştəriyəm Şikayətim Var” qrupunda da saysız-hüdudsuz narazılıqlar var. Hətta bəzi şikayətlər insanı sözün əsl mənasında güldürür. Şikayətçilərdən biri qeyd edib ki, mağazada 1 günlük zəmanət talonu verirlər.

Bu hansı hüquqda, konstitusiyada və ölkədə mümkündür? “Music Gallery” öz qaydalarını özü tənzimləyir?

Məsələnin ən təəccüblü tərəfi isə odur ki, orada insanların şikayətinə cavab verən bir operator belə yoxdur.

Yenicag.az-ın əməkdaşları dəfələrlə “Music Gallery”nin saytında qoyulan “012-497-70-28”, “*1313”, “012-497-03-59” nömrələri ilə əlaqə saxlamağa çalışsa da, cavab verilməyib. Hətta avtomatik operator tərəfindən “Zəng etdiyiniz nömrə təyin olunmayıb” deyə bildirilir.

Burdan belə anlama gəlmək olar ki, ya “Music Gallery” onlayn mağazadır, ya da bütün işləri xaricdən həll edir.

Şahanə Paşa

www.yenicag.az

1067
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv