!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mütəxəssis iş yerində yatmağın faydalarından danışdı

!Reklam – Yazi

“Siesta” adlanan təcrübə dünyanın bir çox şirkətlərində getdikcə geniş yayılır”.

Yenicag.az xəbər verir ki, bunu iş yerində yatmağın faydalarından danışan insan resursları üzrə mütəxəssis İlya Varakin deyib.

O bildirib ki, “siesta” dünyanın bir çox şirkətləri tərəfindən tətbiq olunan təcrübəyə çevrilir:

“İş prosesinin təşkili növündən asılı olaraq yuxu üçün xüsusi vaxt ayrılır. Dünyada bu yanaşma belədir. Əsasən, gecə növbəsi işçiləri üçün “siesta” çox məşhurdur. Məsələn, İT şirkətləri hazırda ofisdə qısa yuxu üçün otaqların təşkili ilə məşğul olur. Bu, işə daha yaxşı diqqət yetirməyə imkan verir.

Məsələyə digər tərəfdən yanaşsaq, performansı bərpa etmək üçün qısa yuxuya müraciət etmək qətiyyətlə tövsiyə edilir. Gün ərzində 15-20 dəqiqə yatmaq dərin yuxuya getməmək üçün kifayət edər. Ancaq günorta saat üçdən gec olmayaraq belə bir yuxu təşkil etmək daha məqsədəuyğundur. Əgər günortadan sonra yatsanız, gecə yuxuya getməklə bağlı problemlər yaşayacaqsınız”.

Nəsimi Ələsgərli

www.yenicag.az

350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv