!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mütəxəssis zəlzələdən sonra yaranacaq xəstəliklərlə bağlı xəbərdarlıq etdi: “Gəmiricilər artacaq”

!Reklam – Yazi

“Gəmiricilərin yaratdığı “Hantavirus” infeksiyası və digər həyat təhlükəli infeksiyalarla qarşılaşa bilərik”.

Yenicag.az xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər və kliniki mikrobiologiya üzrə türkiyəli mütəxəssis Firdevs Aksoy məlumat verib.

Mütəxəssis zəlzələdən sonra yarana biləcək infeksiya riskləri ilə bağlı xəbərdarlıq edib.

O deyib ki, bölgədə gəmiricilərin sayında artım ola bilər. Türkiyəli mütəxəssis ən mühüm problemlərdən biri kimi gigiyenik olmayan su ilə ötürülən xəstəlikləri misal göstərib. Onun sözlərinə görə, bu sular vasitəsilə yoluxucu xəstəliklər yarana bilər.

“Zəlzələ və təbii fəlakətlərdən sonra xüsusilə də suya çıxışın olmaması səbəbindən ayaqyolu kimi mühitlərdə gigiyenik qaydaların pozulması, suyun kanalizasiyaya qarışması kimi hallarla çox rastlaşırıq. Xüsusilə dağıntılar altından çıxarılanlarda dəri infeksiyaları ilə qarşılaşa bilərik. Həmçinin bu xəstələr zədə səbəbindən “tetanoz” riski altındadırlar, buna görə də tez bir zamanda onlara “tetanoz” peyvəndi vurulmalıdır. Çünki “tetanoz” ölümcül xəstəlikdir.

Həm korlanmış qidalar, həm də kanalizasiya infrastrukturunun dağılması səbəbindən gəmiricilərin sayında artım olacaq və gəmiricilərdən “Hantavirus” adlanan və həyat təhlükəsi olan infeksiyaların keçməsi ehtimalı var. Eyni zamanda çadırlarda izdihamlı mühitlərdə insan çoxluğuna görə xəstəliklərin artacağını gözləyirik”, – deyə Firdevs Aksoy qeyd edib.

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv