!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mütəxəssisdən bədbin PROQNOZ: "Ev qiymətləri heç vaxt ucuzlaşmayacaq" - SƏBƏBLƏR

!Reklam – Yazi

“Cüzi qiymət ucuzlaşmaları olsa da, digər aylarda əmlak bazarında qiymət artımı müşahidə olunub”.

Bu fikirləri əmlak bazarındakı mövcud durumu dəyərləndirən ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Ekspert gedişatın qiymət artımı yönündə olduğunu bildirib:

“Tələbat artdığı üçün fərdi həyət evlərinin qiyməti qalxır. Buna görə də çoxmənzilli binalarda cüzi də olsa, endirimlər müşahidə olunur. Cüzi qiymət ucuzlaşmaları olsa da, digər aylarda əmlak bazarında qiymət artımı müşahidə olunub. Son illərin statistikasına baxsaq, köhnə və ya yeni tikili binalarda kəskin qiymət artımı baş verib. Bunun da bir hissəsi təbii, bir hissəsi də süni formada olur. Süni formada artan qiymətlər istismar müddəti bitmiş köhnə tikililərə aiddir. Paytaxtda artıq çoxmənzilli yeni binaların tikilməsi üçün ərazi qalmayıb. Qalan torpaq sahələrində isə çox kəskin qiymət artımları müşahidə olunur. Bu səbəbdən də tikinti şirkətləri qəzalı binaları sökərək onların üzərində yeni binalar tikir. Belə olanda tikinti şirkətinin xərci, yəni tikintinin maya dəyəri baha başa gəlir. Çünki sökülən hər binanın yerindəki ev sahiblərinə kirayə haqqı ödənilir. Bütün bunları nəzərə alaraq deyirəm ki, gələcəkdə də artımların olacağını düşünürəm. Bu gedişlə ev qiymətləri heç vaxt ucuzlaşmayacaq”.

Şahanə

www.yenicag.az

858
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv