!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müttəfiqlərin Zelenskiyə mümkün alternativ AXTARIŞI: “Xalq sülhün ərazi güzəştləri əsasında…”

!Reklam – Yazi

“Qərbin Zelenskinin yerinə başqa şəxsi hakimiyyətə gətirib onu Rusiya ilə danışıqlara məcbur edəcəyinə dair iddialar əsassızdır”.

Bu fikirləri Rusiyanın hərbi təcavüzünün davam etdiyi şəraitdə Ukraynada prezident seçkiləri keçirilməsinin mümkünlüyü haqda danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukraynada Volodimir Zelenskinin alternativləri olsa da, onların Qərbə sadiq olub-olmayacaqları sual altındadır:

“Açığı, hazırda istər Zelenski, istərsə də digər siyasətçinin ərazi güzəşti ilə sülhə imza atacağını düşünmək sadəlövhlük olar. Bu səbəbdən, Qərbin Zelenskinin yerinə başqa şəxsi hakimiyyətə gətirib onu Rusiya ilə danışıqlara məcbur edəcəyinə dair iddialar əsassızdır.

Düzdür, əgər o seçilməsə, alternativlərdən danışmaq mümkündür. Lakin hazırda Ukrayna prezidenti Volodimir Zelenski növbəti seçkilərə qatılıb-qatılmayacağı ilə bağlı hər hansı fikir səsləndirməyib. Belə olan təqdirdə isə “alternativ” variantı gündəmdə deyil. Bütün hallarda Ukrayna xalqı torpaqlarının işğal olunması ilə barışmır. Zelenski birbaşa olaraq xalqının iradəsini təmsil edir.

Xalq isə sülh müqaviləsinin ərazi güzəştləri ilə əldə olunmasını istəmir. Nəticədə müharibə uzandıqca, uzanır. Belə olan təqdirdə Qərb vəziyyətdən çıxış yolu axtarır. Çünki Ukraynaya yardımların ayrılacağı ilə bağlı konkret fikir yoxdur. Əlavə olaraq, bu qütbləşmə gün-gündən artmaqdadır. Qərb güzəştlərlə sülhün əldə olunmasını istəsə də, Ukrayna buna razı deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv