!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müvafiq dövlət orqanlarının bu saxtakarlıqda iştirak etmədiklərini göstərən məqam...” – RƏY

!Reklam – Yazi

“Söhbət özəl şirkətlərin öz fəaliyyətlərinə yönəlik saxtakarlıq etmələrindən, yalan məlumat vermələrindən gedir”.

Bu fikirləri dövlət satınalmaları ilə bağlı yekun protokolların təhlili zamanı bir sıra özəl şirkətlərin bəzi dövlət orqanları adından hazırlanan sənədlərə müdaxilə edərək saxtalaşdırmalarına dair İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatı şərh edən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan özəl şirkətlər qeyd olunan əməllərinə görə məsuliyyət daşıyırlar:

“Burada söhbət nədən gedə bilər? Dövlət satınalmalarında iştirak etmək istəyən özəl şirkətlər mütləq qaydada hər hansı borclarının olmadığı haqda vergi orqanından arayış götürməlidirlər. Eyni zamanda özlərinin fəaliyyət təcrübəsi və digər məsələlərlə bağlı da müəyyən sənədləri təqdim etməlidirlər.

Böyük ehtimalla, burada söhbət həmin sənədlərin saxtalaşdırılmasından gedir və bu halda əlbəttə ki, nəzərdə tutulan özəl şirkətlər qeyd olunan əməllərinə görə məsuliyyət daşıyırlar. Yəni bu saxtalaşdırma əməli konkret cinayətdir, ona başqa ad vermək olmaz.

Digər tərəfdən, bu qanunsuz prosesdə hər hansı dövlət qurumunun iştirakı istisnadır. Mən buna inanmıram. Sadə misalla desək, nəzəri baxımdan bu və ya digər dövlət qurumu lazım olan məlumatların yerləşdirildiyi sənədi həmin özəl şirkətə verə bilərdi. Bunu heç uzun müddət kimsə yoxlamayacaqdı və oradakı saxtakarlığı müəyyənləşdirmək də çətin olacaqdı…

Burada söhbət özəl şirkətlərin öz fəaliyyətlərinə yönəlik saxtakarlıq etmələrindən, yalan məlumat vermələrindən gedir. O da nəzərə alınmalıdır ki, dövlət satınalmalarında iştirak üçün sənədlər elektron formada, PDF formatında göndərilir. Görünür, barələrində məlumat yayılan şirkətlərin sənədləri araşdırıldıqdan sonra saxtakarlıq halları aşkarlanıb və zəruri tədbirlər görülüb”.

A.Zeynalov

www.yenicag.az

5946
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv