!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxalif partiyaların FƏALİYYƏTSİZLİYİ: "Hərəsi ildə bir dəfə lazımsız mövzuda çıxış edib..." - TƏNQİD

!Reklam – Yazi

“Hərəsi ildə bir dəfə lazımsız mövzuda çıxış edib qeybə çəkilir. Azərbaycanda siyasi partiyalardan heç birinin iş gördüyü müşahidə edilmir”.

Bu fikirləri ölkədəki müxalif partiyaların gələn ilin dövlət büdcəsi müzakirələrinə qoşulmamasına münasibət bildirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında səsləndirib.Novella Cəfəroğlu siyasi partiyaların fəaliyyətsiz olduğunu bildirib:

“İşləri-gücləri sadəcə “siyasi məhbuslara azadlıq”, “küçələrə çıxıb mitin edin” deməkdən ibarətdir. İndiyə kimi hansı məsələləri həll olunması üçün gündəmə gətiriblər? Pensiya, yoxsa kommunal? İndiyə qədər heç bir partiyanın vətəndaşların lehinə ola biləcək məsələ ətrafında birləşdiyini görməmişik. Siyasi partiyanın nizamnaməsində problemli məsələləri gündəmə gətirmək lazım olduğu yazılıb.

Hərəsi ildə bir dəfə lazımsız mövzuda çıxış edib qeybə çəkilir. Azərbaycanda siyasi partiyalardan heç birinin iş gördüyü müşahidə edilmir. Əli Əhmədovun dövründə bütün siyasi partiyalar, QHT-lər, beynəlxalq təşkilatlar bir araya yığılıb həll olunmalı məsələlərin müzakirələrinə cəlb olunurdu. Ən böyük problemimiz həll olunub, qarşıda duran digər məsələlər də mütləq birliklə həll edilməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv