!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxalif trionun ELÇİBƏY İNSTİTUTU: “Onlar mərhum Elçibəyin adından istifadə edərək...” - ETİRAZ

!Reklam – Yazi

“Onlarda səmimilik olsaydı, Elçibəyi güdaza verməz, onu zəhərləyib öldürməzdilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Müsavat, Xalq Cəbhəsi (AXCP) və Xalq (AXP) partiyaları liderlərinin Elçibəy İnstitutu yaratmalarına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev səsləndirib.

Hafiz Hacıyev sözügedən partiya rəhbərlərinin Əbülfəz Elçibəyin adından sui-sitifadə etdiklərini bildirib:

“Mən onların səmimiliyinə qətiyyən inanmıram. Onlarda səmimilik olsaydı, Elçibəyi güdaza verməz, onu zəhərləyib öldürməzdilər. Onlar hər zaman onun-bunun kölgəsində yatan, qabiliyyətsiz, bacarıqsız adamlardır.

İndi rəhmətliyi qoymurlar, o dünyada dinc yatsın. Mən Kərimov Əlinin, Qəmbərov İsanın heç bir səmimiyyətinə inanmıram. Onların danışdıqları hər şey yalandır. Əgər müxalifət olsaydılar, bu 30 ildə nəsə edərdilər.

Bu adamlar mərhum Elçibəyin nüfuzundan istifadə edərək, onun adına nəsə yaradırlar ki, kimlərdənsə pul qoparsınlar. Bunlar hamıya kələk gələn adamlardır. Heç onlardan danışmağa dəyməz, ölüblər, adlarını çəkib yada salmağa ehtiyac yoxdur”.

Aqil Bəkir

www.yenicag.az

1339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv