!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxalifət Braziliya prezidentinin iqamətgahından silahları oğurladı - FOTO/VİDEO

!Reklam – Yazi

Braziliyanın sabiq prezidentinin tərəfdarları Prezident Lula da Silvanın iqamətgahının binasından silah oğurlayıblar.

Bu barədə Braziliyanın ictimaiyyətlə əlaqələr naziri Paulo Pimenta özünün “Twitter” səhifəsində bildirib.

Nazir posta İnstitusional (Dövlət) Təhlükəsizlik Katibliyinin ofisində müxalifətin həyata keçirdiyi talanları əks etdirən video əlavə edib. Pimenta qeyd edib ki, yerdəki və masalardakı açıq çamadanlarda öldürücü və öldürücü olmayan silah-sursatlar olub.

Görüntülərdə ən azı səkkiz boş silah qutusu görünür. Nazir əlavə edib ki, hücum edənlər ofisi yandırmağa cəhd ediblər.

Xatırladaq ki, yanvarın 8-də prezident seçkisində uduzan Braziliyanın eks-prezidenti Jair Bolsonarunun tərəfdarları səsvermənin nəticələrinə etiraz edərək, paytaxtdakı konqres binasını ələ keçirib, prezident iqamətgahına (Planalto Sarayı) və həm də Ali Məhkəmənin binasına soxulublar. Son məlumatlara görə, iğtişaşlarda iştiraka görə 400-dən çox adam saxlanılıb.

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv