!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxalifət elektoratında PSİXOLOJİ SARSINTI: “Ərdoğanın qalib gələcəyi təqdirdə atacağı addımlar...” – RƏY

!Reklam – Yazi

“Türkiyə kimi ölkə üçün müxalifət namizədinin birinci turda qazandığı səslər az deyil və hakimiyyət bu məqama ciddi yanaşmalıdır”.

Bu fikirləri Türkiyədə mayın 14-də keçirilmiş prezident və parlament seçkilərində istədiyi nəticəni əldə edə bilməyən müxalifət elektoratında yaranmış dərin məyusluğun əks düşərgənin perspektivinə mümkün təsirini dəyərləndirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) Prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyədə bazar günü keçirilmiş seçkilərin nəticələri də müxalifətdə şok effekti doğurub:

“Təbii, seçkilərdə arzu olunan nəticənin əldə edilməməsi konkret siyasi qüvvənin elektoratına, müttəfiqlərinə, eyni zamanda seçki kampaniyasına maliyyə buraxan biznes təmsilçilərinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Bu baxımdan, Türkiyədə bazar günü keçirilmiş seçkilərin nəticələri də müxalifət üçün haradasa şok effekti doğurdu.

Lakin nəzərə alınmalıdır ki, Türkiyə prezident seçkilərində hələ ki birinci tur baş tutub, qarşıda ikinci tur olacağı üçün nəticə barəsində indidən danışmaq tezdir. Ancaq müxalifət namizədinin prezident seçkilərinin birinci turunda az səs toplaması, həmçinin parlament seçkilərində istənilən nəticənin qazanılmaması narazı seçici kütləsinə ciddi stres yaşadıb.

Müxalifət düşərgəsinin perspektivinə gəldikdə isə bu məsələdə həlledici amil Ərdoğanın qalib gələcəyi təqdirdə hakimiyyətin atacağı addımlardan asılı olacaq. Bilirsiniz ki, bu və ya digər dövlətdə cəmiyyətin müəyyən kəsimində müxalifətə rəğbət hakimiyyətin hansısa bəyənilməyən addımına görə yaranır.

Türkiyə kimi ölkə üçün müxalifət namizədinin birinci turda qazandığı səslər az deyil və hakimiyyət bu məqama ciddi yanaşaraq müxalif elektoratla ciddi işləməli, onu öz tərəfinə çəkməyi bacarmalıdır. Yalnız bu halda müxalifətdə mərkəzdənqaçma meyilləri başlayacaq və qarşılıqlı ittihamlar vüsət alacaq. İkinci turun nəticələri proseslərin hansı yöndə gedəcəyini konkret müəyyənləşdirəcək”.

A.Zeynalov

www.yenicag.az

467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv