!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxalifət haqqında QANUN? - “Bu təklif əvvəllər də bir neçə dəfə səsləndirilib” – REAKSİYA

!Reklam – Yazi

“Hansısa siyasi qüvvənin müxalifət, yaxud da başqa mövqedə dayandığına konkretlik gətirmək baxımından, belə bir qanunun qəbulu vacibdir”.

Bu fikirləri müxalifət haqqında xüsusi qanunun qəbul edilməsinə yönəlik təklifə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, burada əsas məsələ qəbul edilməsi təklif olunan qanunda hansı müddəaların nəzərdə tutulması və onların necə işləməsidir:

“Mən hesab edirəm ki, bu, kifayət qədər normal təklifdir. Demokratiya yoluna yeni qədəm qoymuş bir çox ölkələrdə də müxalifətçilik fəaliyyəti haqqında xüsusi qanun qəbul edilib.

Həmin qanun tək Milli Məclisdə təmsil olunan azlıqdakı partiyaların deyil, həm də sistemdənkənar müxalifət partiyalarının hüquq və vəzifələrini müəyyənləşdirməlidir.

Hansısa siyasi qüvvənin müxalifət, yaxud da başqa mövqedə dayandığına konkretlik gətirmək, onların hüquqi vəziyyətlərini və minimum tələblərini aydınlaşdırmaq baxımından, belə bir qanunun qəbul edilməsi vacibdir.

Digər tərəfdən, bu barədə irəli sürülən təklif heç də yeni təşəbbüs deyil. Vaxtilə Pənah Hüseyn də deputat olduğu dönəmdə bəhs olunan qanunun qəbul edilməsi məsələsini qaldırıb. Yəni prinsip etibarilə, müsbət ideyadır. Əsas məsələ orada hansı müddəaların nəzərdə tutulması və qanunun necə işləməsidir”.

A.Zeynalov

www.yenicag.az

894
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv