Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Müxalifət üçün “maraqsız” BÜDCƏ ZƏRFİ: “Layihənin böyüklüyü və vaxt çatışmazlığı...” - Partiya sədri

“Parlamentdənkənar müxallifətin də büdcə müzakirələrində iştirakı hər hansı formada təmin olunmalıdır”.

Bu fikirləri müxalifət partiyalarının hazırda müzakirəsi davam edən 2022-ci il büdcə müzakirələrinə laqeyd yanaşmalarının səbəblərinə toxunan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, müxalifətin büdcə müzakirələrindən kənarda qalmasının müəyyən səbəbləri var:

“Belə hesab edirəm ki, büdcə məsələsinə marağın müşahidə edilməməsi həm büdcə zərfinin böyüklüyündən, həm də onun müxalifət, xüsusilə də parlamentdənkənar partiyalar üçün əlçatan olmamasından irəli gəlir.

Çünki büdcə layihəsini vaxtında əldə etmək mümkün deyil. Əldə etdikdə isə layihənin böyük həcmli olması onu diqqətlə analiz etməyə imkan vermir, buna vaxt çatışmır. Ona görə də bu məsələ ilə daha çox iqtisadçılar məşğul olurlar.

Digər tərəfdən, bu halı müxalifətin ümumi durumu, zəifliyi ilə də əlaqələndirmək mümkündür. Bununla belə, parlamentdəki azlığı təşkil edən partiyalar büdcə müzakirələrində fəallıq göstərirlər.

Amma düşünürəm ki, parlamentdənkənar müxallifətin də büdcə müzakirələrində iştirakı hər hansı formada təmin olunmalıdır. Heç olmasa, büdcə zərfi onlara da vaxtında təqdim edilməlidir ki, müvafiq təhlillər apararaq, öz təkliflərini verə bilsinlər”.

A.Zeynalov

www.yenicag.az

216
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100