!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxalifətin iradlarına YAP-dan CAVAB: “Növbədənkənar prezident seçkiləri ilə bağlı ağızlarına gələni...”

!Reklam – Yazi

“Radikal müxalifətin növbədənkənar seçkilərlə bağlı fərqli fikirlər səsləndirməsi gözləniləndir”.

Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərini şərtləndirən amillərlə bağlı cəmiyyəti məlumatlandırmaması haqda müxalifət təmsilçilərinin iradlarına münasibət bildirən Milli Məclisin deputatı Azər Badamov Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, ölkədə növbədənkənar prezident seçkilərinin təyin edilməsi Konstitusiyaya tamamilə uyğundur:

“Lakin Azərbaycan Respublikası Prezidenti növbədənkənar seçkilərini elan edə bilər. Konstitusiyanın bu bəndinə görə, növbədənkənar pezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın verilməsi cənab Prezidentin səlahiyyətindədir və müzakirə edilə bilməz.

Konstitusiyanın 11-ci maddəsinin I bəndində yazılır ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Radikal müxalifətə sual vermək istəyirəm ki, Konstitusiyanın bu maddəsi təmin olundumu?

Birmənalı cavab odur ki, Konstitusiyanın bu maddəsi 33 il idi ki, pozulmuşdu. Keçirilən seçkilər ölkənin bütün ərazilərini əhatə etmirdi. Bu ilin 20 sentyabr tarixində artıq bütün ərazilərimizdə suverenlik bərpa edilərək Konstitusiyanın 11-ci maddəsi tam təmin olundu.

Ona görə də təyin olunmuş növbədənkənar prezident seçkiləri Azərbaycanın bütün ərazilərini, o cümlədən, işğaldan azad olunmuş əraziləri də əhatə edəcək. 2024-cü il fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə bütün suverən ərazilərimizdə seçkinin keçirilməsi zəfər seçkisidir. Bu addım bütün xalqın seçkiyə qatılaraq öz siyasi iradəsini nümayiş etdirməsinə yaradılan imkandır.

Radikal müxalifətin növbədənkənar seçkilərlə bağlı fərqli fikirlər səsləndirməsi gözləniləndir. Çünki bu gün bütün Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi yenidən və ömürlük Prezident seçilməsini arzulayır. Radikal müxalifətin isə cəmiyyətdə dayaqları yoxdur. Aciz durumda olduqlarına görə növbədənkənar prezident seçkiləri ilə bağlı ağızlarına gələni danışırlar. Yeni Azərbaycan Partiyası isə İdarə Heyətinin sabahkı iclasında öz sözünü deyəcək və bununla da radikal müxalifətin bütün suallarını cavablandırmış olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1918
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv