!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müzakirə masasında dirənən RUSİYA: "Döyüş meydanında məğlub olduğunu etiraf etmir"

!Reklam – Yazi

“Rusiyanın səmimiyyətinə inanmaq olmaz”.

Bu sözləri Ukrayna və Rusiya heyətləri arasında Türkiyədə baş tutan danışıqların mümkün nəticələri haqda danışarkən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Rusiya danışıqlar vasitəsi ilə vaxt qazanmağa çalışır:

“Rusiya bu məsələdə axıra qədər səmimi deyil. Üstəlik, işğalçı bir tərəf danışıqlar prosesində yenə naz satır, şərtlər irəli sürür. Düşünürəm ki, Rusiya döyüş meydanında məğlub olduğunu etiraf etmir, masa arxasında özünü qalib kimi aparır. Rusiyanın hərəkətlərini dərhal dəyərləndirilməsinin tərəfdarı deyiləm.

Rusların resursları tükənir. Rusiya Ukrayna ərazisinə yüzlərlə tank, zirehli transpartyor, döyüş təyyarəsi, artilleriya qurğuları göndərdi. Deyirlər ki, ruslar Kiyev və Çerniqov ətrafından geri çəkilir. Diqqət etmək lazımdır ki, nə qədər texnika və canlı qüvvə geri çəkir. Artıq resurs yoxdur. Ölkə dağılır. “Uralvaqonmaş”, əsasən, T-72 tanklarını istehsal edirdi. Əvvələr gün ərzində 10-15 T-72 tankı buraxırdı. Son bir ay ərzində bir tank belə istehsal edə bilmir. Ölkə fəlakətli vəziyyətə düşüb.

Ukrayna kimi gözəl bir ölkəni məhv ediblər. Nə üzr istəmək var, nə də geri çəkilmək.

Düşünürəm ki, məsələ hələ uzanacaq. Sanksiyalar geri götürülməyəcək. Rusiya tamamilə çökənə qədər bu proseslər davam edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv