!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müzakirələr bitdi: Tərəflərdən ilk açıqlamalar

!Reklam – Yazi

Ukrayna ilə Rusiya arasında Türkiyənin İstanbul şəhərində keçirilən danışıqlar başa çatıb.

Yenicag.az xəbər verir ki, hər iki ölkənin nümayəndələri danışıqlardan sonra mətbuata açıqlama veriblər.

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski müzakirəni konstruktiv adlandırıb. Medinski bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş iki ölkə arasındakı sazişin Xarici İşlər nazirlikləri səviyyəsində imzalandıqdan sorna mümkündür.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak isə açıqlamasında Türkiyənin zəmanətçi ölkə olmasını istədiklərini qeyd edib. Podolyak bildirib ki, müzakirənin nəticələri dövlət başçıları səviyyəsində görüş üçün kifayətdir.

“Biz NATO-ya daxil olmayacağıq, ancaq Avropa Birliyinə üzv olmaqdan da vaz keçməyəcəyik”, – deyə Podolyak qeyd edib.

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv