!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nadir avtomobil hərraca çıxarılır: Dünyada cəmi üç nüsxədir - FOTOLAR

!Reklam – Yazi

Son dərəcə nadir “Koenigsegg Agera RSR” hiperkarı martın doqquzunda Dubayda keçiriləcək “RM Sotheby’s” tədbirində hərraca çıxarılır.
Yenicag.az oxu.az-a istinadən bildirir ki, bu avtomobil üç nüsxədə sırf Yaponiya bazarı üçün hazırlanıb, lakin indi hər kəs tərəfindən satın alına bilər.

Lotun gözlənilən qiyməti 2,8-3,4 milyon dollardır.

Avtomobilin kapotunun altında 1160 at gücü hasil edən 5 litrlik V8 mühərriki var. O, 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir və 450 km/saat sürət həddinə çatmağa qadirdir.

Dubay hərracında daha bir diqqət çəkən lot 2023-cü ilin “Aston Martin Valkyrie” hiperkarı olacaq. Bu avtomobil “Red Bull Advanced Technologies” və məşhur mühəndis Adrian Nyuveyin iştirakı ilə hazırlanıb. Lotun gözlənilən qiyməti 2,9-3,3 milyon dollardır.

Həmçinin, iddiaçılara iki “Lamborghini” də təklif olunacaq. Mütəxəssislər 2009-cu il “Murciélago LP640-4 Roadster”i 250-300 min dollar dəyərində qiymətləndirirlər, lakin mövcud iyirmi avtomobildən biri olan 2017-ci il “Centenario LP770-4 Coupe”nin 2-2,5 milyon dollara satılacağı gözlənilir.

Bundan əlavə, hərraca üç “Ferrari” çıxarılır. “812 Competizione”nin 1,1-1,3 milyon dollara, “360 Challenge Stradale”nin 200-250 min dollara, mexaniki transmissiyalı 1997-ci il “F355 Spider”in isə 140-160 min dollara satılacağı planlaşdırılır.

Bununla yanaşı, “A 675LT Spider”, BMW Z8 və iki “Porsche 911 Carrera” da lotlarının siyahısındadır.

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv