Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Nadir Qafarzadəyə görə efir dayandırıldı – Video

99351Müğənni Nadir Qafarzadə “Azərbaycanın səsi” musiqi yarışmasında iştirak edən türk iştirakçıya əsəbiləşib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, müsabiqədə münsif olan müğənni iştirakçı Davud Gülün türkcə mahnı ifa etməsinə iradını bildirib:

“Davud Ahmet Kayanın “Kafama sıkar giderim” mahnısını ifa etdi. Bu tərz mahnıları sevmirəm. Qardaş ölkədən gəlib xoş gəlib. Hörmət edənə də, etməyənə də hörmət edirik. Mən pis insan olsam da, xalqımı, musiqimizi sevən biriyəm. İstiyirəm ki, iştirakçı Azərbaycan dilində oxusun. Onun içindən gəlməlidir ki, Azərbaycandadırsa,bu dildə oxumalıdır”.

Daha sonra “Ayrılıq” mahnısının ifa edən Gülə müğənni yenidən iradını bildirib. Bu zaman Qafarzadənin sözü kəsilərək anons efirə verilib. Müğənninin türk ifaçıya qarşı aqressiv olması, diqqətdən qaçmayıb.

Qeyd edək ki, Nadir Qafarzadə Bakının qonağı olan Azərbaycan əsilli müğənni Sami Yusifi təhqir etdiyi üçün “Gün üzü” verilişində sözü kəsilərək, proqramdan uzaqlaşdırılmışdı.

www.yenicag.az

224