!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nağdsız ödənişlər artır, güvən AZALIR: Pulumuzu sandıqda, cibdə, yoxsa kartda saxlayaq? – Ekspert RƏYİ

!Reklam – Yazi

“Azərbaycanda əhali cibindəki pula kartdakından daha çox etibar edir”.

Bunu Azərbaycanda bank kartları sayının 15 milyonu keçməsini dəyərləndirərkən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasında deyib.

O, nağdsız ödənişlərin iqtisadiyyatın liberallaşmasında önəmli rola malik olduğunu bildirib:

“Bank kartları nağdsız ödənişlərin səviyyəsinin yüksəlməsinə rəvac verir. Onların sayının çoxalması, əhali arasında populyarlaşması müsbət haldır. Çünki nağdsız ödənişlər iqtisadiyyatın liberallaşmasında və kölgə iqtisadiyyatının aradan qaldırılmasında müstəsna rol oynayır.

Ümumiyyətlə, virtual, nağdsız ödənişlər vergidən yayınmanın qarşısını alır. Buna görə də əhaliyə təbliğ etməliyik ki, bank kartlarından daha çox istifadə etsinlər.

Azərbaycanda əhali cibindəki pula kartdakından daha çox etibar edir. Ona görə də həmin kartların güvənlilik məsələsini yüksək səviyyədə təmin etmək lazımdır ki, əhali onlara etibar etsin”.

Sadiq Cavadov

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv