!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nağdsız valyuta bazarında son durum: “Qeyri-leqal yollarla pullar xaricə çıxarılırdı..." - ŞƏRH

!Reklam – Yazi

“Milli valyutaya olan inam artdığından insanlar daha çox öz depozitlərini məhz manatda saxlayırlar”.

Bu sözləri xarici valyuta bazarında nağdsız alqı-satqının azalma prosesini şərh edən iqtisadi ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O, həmçinin bildirib ki, ölkəyə energetika sektorundan gələn gəlirlər fonunda kifayət qədər valyuta ehtiyatları yığılıb:

“Ümumiyyətlə, son zamanlar banklar tərəfindən valyuta tələbi aşağı düşüb. Bu, həm də milli valyutamızın sabit qalmasına təsir göstərir. Manatın nağdsız şəkildə alqı-satqısının azalma səbəblərini bir neçə yöndən izah etmək olar.

Belə ki, səbəblərdən biri kimi bu sahədə şəffaflığın artırılmasıdır. Əvvəllər daha çox qeyri-leqal yollarla digər valyutalar ölkə xaricinə çıxarılırdı. İndi isə bu sahədə artan şəffalıq bunun qarşısını qismən alır. İkinci bir səbəb manatın sabit olmasıdır ki, əhalinin milli valyutaya olan inamı artdığından insanlar daha çox öz depozitlərini məhz manatda saxlayırlar.

Biz əgər banklarda olan əmanətlərin faiz nisbətinə diqqət yetirsək, manatın üstünlük təşkil etməsinin şahidi olarıq. Bir yandan da bu hökumətin apardığı siyasətlə bağlıdır. Bildiyimiz kimi, xarici valyutalarda verilən dividentlər milli valyutada olan dividentlərdən daha azdı. Demək olar ki, aralarında 10 faizədək fərq var.

Həmçinin qeyd etmək lazımdır ki, enerji sektorundan ölkəyə daha çox valyuta daxil olur. Həm neft qiymətləri, həm də Avropa ölkələri ilə anlaşmalarımız bizdə yetərincə valyuta ehtiyatının yaranmasına töhfə verir. Artıq ehtiyyatlarımız 61 milyard ABŞ dollarına çatıb.

Digər yandan ölkəyə idxalın azalması faktoru da nəzərə alınmalıdır. Bunun sayəsində xarici valyutanın ölkədən çıxış dövriyyəsi azalmış olur.

Sadalanan bütün amillər tələbdə azalma yaradır və milli valyutanın nağdsız dövriyyəsinə müsbət təsirlər göstərir”.

Yusif Səmədzadə

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv