!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Namiq ona “qabiliyyətsiz” deyən Brilliantla barışdı – FOTO

!Reklam – Yazi

Xalq artisti Brilliant Dadaşova və meyxanaçı Namiq Qaraçuxurlu arasında üç ildən bəri davam edən küsülülüyə son qoyulub.

Yenicag.az xəbər verir ki, sənətçilər Naxçıvanda dəvət aldıqları toy məclisinə qatılıblar. Qaraçuxurlu Xalq artisti ilə fotosunu paylaşıb. O, fotonu “Qədim Naxçıvandan hər kəsə salamlar” şərhi ilə təqdim edib.

Xatırladaq ki, sənətçilərin küsülülüyünün təməli 2019-cu ildə “Xəzər” telekanalında yayımlanan “5/5” verilişində qoyulub.

Verilişdə meyxanaçı Namiq Qaraçuxurlu, müğənnilər Sevil və Sevinc Səfərova bacıları qonaq olublar. Onlar doğum günü olan aparıcı Zaur Kamaldan neçə yaşı olduğunu soruşublar. Həmin an canlı yayıma Brilliant Dadaşova zəng edib. Zaur sənətçidən Namiqin, Sevil və Sevincə hansı sualı verəcəyini soruşub. Dadaşova “Mən o qabiliyyətin sahibi deyiləm. Ayıbdır. Yaşın fərqi yoxdur, təki can sağlığı olsun” sözlərini deyib. Onun ifaçıları qabiliyyətsiz adlandırması Qaraçuxurlunu əsəbiləşdirib. O, qarşı tərəfə “Brilliant xanımın yaş kompleksi var” sözlərini söyləyib ki, bu da sənətçilər arasında qalmaqala səbəb olub.

Cəvahir

www.yenicag.az

2025
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv