!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Namizədlər üçün “OLİMPİYA PRİNSİPİ”: “Qələbə yox, sadəcə iştirak üçün seçkiyə qatılmaq...”

!Reklam – Yazi

“Onların əksəriyyəti yaranmış şəraitdə sadəcə, epizodik də olsa, “vitrin”də görünərək özlərini cəmiyyətə tanıtmaq, yaxud da xatırlatmaq istəyirlər”.

Bu fikirləri gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində qələbə üçün nəzəri şansları belə olmayan fiqurların namizədliyini irəli sürmələrinə münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, nəzərdə tutulan iddialıların öz namizədliklərini irəli sürmələri qısa müddətə də olsa, “vitrin”də görünmək məqsədindən qaynaqlanır:

“7 fevral seçkilərində namizədliyini irəli sürmüş şəxslərin sayının həqiqətən, çox olduğunu deyə bilərik. Düzdür, onların hamısının adı seçki bülleteninə düşməyəcək, ancaq bütün hallarda bu da bir statistikadır.

Bəli, soruşula bilər ki, hakimiyyət namizədi ilə hətta minimum səviyyədə də rəqabət aparmaq imkanı olmayanlar niyə namizədliyini irəli sürür. Əslində bu, Azərbaycan reallığı üçün haradasa, ritorik sualdır. Çünki seçkiyə qatılan o namizədlərin niyyəti qalib gəlmək deyil.

Görünür, onların əksəriyyəti yaranmış şəraitdə sadəcə, epizodik də olsa, “vitrin”də görünərək özlərini cəmiyyətə tanıtmaq, yaxud da xatırlatmaq istəyirlər. Yəni onlar burada “olimpiya prinsipi”ni rəhbər tuturlar: Əsas məsələ qalib gəlmək yox, iştirakdır. Ona görə də bu qəbildən olan iddialıların sayının çoxluğuna xüsusi önəm vermək lazım deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2110
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv