!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Namizədlər vitrinində “NATAMAMLIQ”: “Hər hansı siyasətçinin seçkiyə qatılmaması...”

!Reklam – Yazi

“Müəyyən siyasətçilərin seçkidə iştirak etməməsi proseslərə heç bir təsir göstərmir”.

Bu fikirləri 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri üçün təxmin edilən rəqabət mühiti haqqında danışan politoloq Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, seçki meydanı imkanlarını dəyərləndirmək istəyən hər bir iddialı üçün açıqdır:

“Azərbaycanda seçki qanunvericiliyi hər bir vətəndaşın seçkidə iştirakına icazə verir. Yəni əlverişli rəqabət mühitinin formalaşdırılması üçün bütün şərtlər mövcuddur.

Müəyyən siyasətçilərin seçkidə iştirak etməməsi isə proseslərə hər hansı formada təsir göstərmir. Çünki belə hallar hər zaman olub və olacaq. İndi də bunun şahidiyik.

Seçkidə kimin iştirak edib-etməməsindən asılı olmayaraq, rəqabət mühitinin formalaşdırılması üçün qanunvericilik prizmasından hər hansı məhdudiyyət yoxdur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1949
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv