!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Namizədliyi təsdiqlənən XALQ ARTİSTİ: "Rasim Balayev tək kinonu dəyişə bilməz"

!Reklam – Yazi

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi iclası keçirilib. Tanınmış aktyor, Xalq artisti Rasim Balayevin namizədliyi yekdilliklə təsdiqlənib.

Aktyor bununla bağlı Yenicag.az-a açıqlama verib:

“Uzun illərdir ki, işsiz idim, artıq kollektivlə birgə kinomuzla bağlı yeni işlərə başlayacağıq. Oturub müzakirələr aparandan sonra planlarımızı açıqlayacağıq. İndidən heç bir söz deyə bilmərik. Qarşıda seçki olacaq, daha sonra təqdimat. Kinonun inkişafı üçün addımlar atılacaq. Qırılan bağlar birləşəcək”.

“Yeni vəzifə Rasim Balayevi film çəkilişlərindən ayırmayacaq ki?”

Aktyorun suala cavabı belə oldu:

“Mən əvvəllər də uzun illər Kino İttifaqının katibi vəzifəsində çalışmışam. Həmin vaxt filmlərə çəkilmişəm, kinodan ayrılmamışam. Elə “Cavid ömrü” filminə də həmin vaxt çəkildim. Uzun fasilə oldu, kinodan ayrıyam, işsizlik məni çox yorub. Görək də neynirik. Hər halda, təkcə Rasim Balayev ortaya çıxıb kinonu dəyişə bilməz. Burada bütün bir kollektiv işi lazımdır, buna çalışacağıq”.

Cəvahir

www.yenicag.az

2041
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv