!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Namus üstündə qızlarını öldürən valideynlərə ömürlük həbs cəzası VERİLDİ

!Reklam – Yazi

İtaliya məhkəməsi pakistanlı valideynləri “namus üstündə öldürmə” işi üzrə ömürlük həbs cəzasına məhkum edib.

Yenicag.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Bildirilir ki, İtaliyada məhkəmə, razılaşdırılmış nikah üçün Pakistana getməkdən imtina edən yeniyetmə qızlarını qətlə yetirən valideynləri ömürlük həbs cəzasına məhkum edib,

2021-ci ilin aprelində itkin düşən 18 yaşlı Saman Abbasın “namus üstündə” öldürülməsi İtaliyanı şoka salıb. Onun atası və anası ölkənin şimalındakı Reggio Emilia şəhərinin məhkəməsi tərəfindən məhkum edilib. Qızın əmisi 14 il müddətinə azadlıqdan məhrum edilib, iki əmisi oğlu isə bəraət alıb.

Hökm birinci instansiya məhkəməsinə çıxarılıb və ondan apellyasiya şikayəti verilə bilər.

Ata məhkəmədə ifadə verərkən ağlayaraq günahsızlığını bildirib.

“Bu proses hələ tamamlanmayıb. Mən də bilmək istəyirəm ki, qızımı kim öldürüb”, – o, məhkəmədə deyib.

Şabbar Abbas Pakistanın şərqindəki kəndində qətldə şübhəli bilinərək həbs olunduqdan sonra mühakimə olunmaq üçün avqust ayında İtaliyaya ekstradisiya edilib. Onun həyat yoldaşının Pakistanda gizləndiyi güman edilir.

Saman Abbasın meyitinin qalıqları 2022-ci ilin noyabrında, yoxa çıxdıqdan təxminən 18 ay sonra Novellaradakı evlərinin yaxınlığında tapılıb. O, diş qeydləri vasitəsilə müəyyən edilib.

Prokurorlar Saman Abbasın İtaliyada sevgilisi olduğunu biləndə ailəsinin qəzəbləndiyini bildirib. Nəhayət, o, bir müddət yaxınlıqda sosial xidmətin himayəsində yaşadıqdan sonra bəzi sənədləri toplamaq üçün ailəsinin evinə qayıdanda öldürülüb.

Xuraman Etibarlı

www.yenicag.az

126
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv