!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nar” gəncləri nitq bacarıqlarını gücləndirməyə dəvət edir

!Reklam – Yazi

“Nar” gəncləri 1 avqust-Azərbaycan əlifbası və Ana dili günü münasibətilə “Diksiya
Akademiyası” və “ASAN Könüllüləri” ilə birgə təşkil olunan “Ana dilində hekayəni danış”
natiqlik çempionatına dəvət edir. Üçüncü dəfə keçiriləcək çempionat gənclərin natiqlik
bacarıqlarını nümayiş etdirmələri və ana dilində özlərini ifadə etmələri üçün platforma təmin
etmək məqsədi daşıyır.

Mobil operatorun dəstəyi ilə həyata keçirilən "Ana dilində hekayəni danış" natiqlik çempionatı
3 tur və final mərhələsindən ibarətdir. Üç ay davam edəcək müsabiqədə iştirakçılara
hərtərəfli natiqlik təlimləri keçiriləcək və ünsiyyət bacarıqlarını inkişaf etdirmələri üçün
şərait yaradılacaq. Çempionatın qalibləri isə 1 avqustda keçiriləcək tədbirdə elan olunaraq
dəyərli hədiyyələrlə mükafatlandırılacaq.

Dilin nəsillər arasında körpü və mədəni ifadə vasitəsi kimi gücünə inanan “Nar” ana dilimizin
inkişafına yönəlik layihələri dəstəkləməklə Azərbaycan mədəniyyətinin qorunub
saxlanmasına və təbliğinə fəal töhfə verir, eyni zamanda gələcək nəslə ünsiyyətdə və
özünüifadədə üstün olmağa imkan yaradır. Mobil operatorun korporativ sosial məsuliyyət
sahəsində gerçəkləşdirdiyi layihələrlə nar.az/projects səhifəsindən ətraflı məlumat əldə edə
bilərsiniz.

Nar hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri
göstərməkdədir. Nar son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil
operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli
qiymət qarşılığında üstün xidmət təqdim edir.

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv