Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Nar mobile”ın aksiyası

Nar_Mobile_logo_140312“Nar Mobile” mobil operatoru “Bakı 2015” Avropa Oyunlarına öz töhfəsini vermək istəyən hər bir vətəndaşın bu təşəbbüsünü dəstəkləmək məqsədilə xüsusi aksiyaya start verib.

Mobil operator ilk Avropa Oyunlarına könüllü qatılaraq öz töhfəsini vermək istəyən hər bir kəs üçün xüsusi hədyyə paketi hazırlayıb. Aksiya çərçivəsində “Nar Mobile” mobil operatoruna qoşulan könüllülər pulsuz SIM kart, öz aralarında aylıq 300 dəqiqəlik danışıq, 300 SMS və 300 MB internet trafiki kimi bonuslar əldə edəcək, bu limit bitdikdən sonra isə dəqiqəsi cəmi 2 qəpikdən danışmaq fürsəti qazanacaqlar. Könüllülər arasında keçirilən müsabiqənin qalibləri isə əlavə hədiyyələr qazanmaq imkanına sahib olacaqlar.

“Bakı 2015” Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Nar Mobile” mobil operatoru hər kəsi ümumi uğurumuza könül verməyə səsləyir.

“Nar Mobile” I Avropa Oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

(trend.az)

Loading...

www.yenicag.az

431