!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkomanların oylağına çevrilmiş səhiyyə ocağı - VİDEOREPORTAJ / FOTOLAR

!Reklam – Yazi

Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 27 saylı poliklinika indi narkomanların oylağına, yer tapmayanların əxlaqsızlıq yuvasına çevrilib.

Uzun müddət öncə həmin ərazidə 27 saylı poliklinika fəaliyyət göstərib. Daha sonra həmin poliklinika 9-cu mikrorayon ərazisinə köçürülüb.

Hal-hazırda narkomanların oylağı olan keçmiş poliklinikanın ətrafında yaşayış, ictima-iaşə obyektləri mövcuddur.

Gecə saatlarında keçmiş poliklinikanın binasında “həyat başlayır”. Qapıdan, pəncərələrdən müxtəlif yaşda və müxtəlif tipli insanlar ora daxil olur.

Məsələ ondadır ki, müşahidələrimiz zamanı hazırda narkomanların yuvasına çevrilən bu yerə məktəblilərin, azyaşlı uşaqların da girib-çıxdığını gördük.

İçəri girəndə poliklinikanın rəsmi sənədləri, Səhiyyə Nazirliyi ilə poliklinika arasındakı yazışmaların yerdə, ortalıqda olduğunu görürük.

Yerdə şprislər, alt və iç geyimləri, narkotik vasitələrin qalıqları, və qol sıxmaq üçün turnalar görmək olur. Hətta narkomanlar özləri üçün bir otaq da yaradıblar. Qaranlıq otaqda şamlar düzülüb və şam işığı altında narkotikdən istifadə edirlər.

Yerdə narkotik vasitələr və onlardan istifadə etmək üçün ləvazimatlarla yanaşı, həm də ehtirasgətirici dərmanlar da gördük.

Yerdə hətta azyaşlı uşaqların belə alt paltarları var. Həmin yer çöldən görünmür.

Binanın bu cür istifadə edilməsi qonşuların da narahatlığına səbəb olur.

Qonşular da bildirir ki, həmin binada narkomanlarla yanaşı əxlaqsızlıq da hökm sürür. Valideynlər uşaqlarını evdən çölə buraxmağa da qorxurlar.

Ərazidə yaşayan sakinlər tələb edirlər ki, ya bu bina sökülsün, ya da buranı yenidən bərpa etsinlər. Dəfələrlə oradakı vəziyyəti müvafiq dövlət qurumlarına bildirsələr də, məsələyə heç bir müdaxilə edilməyib.

Qeyd edək ki, binanın yanında məktəb, uşaq baxçası və Dövlət Sosial Müdafiə Fondunun da binası var.

27 saylı keçmiş poliklinkadan hazırlanmış fotoları və videoreportajı sizə təqdim edirik:

Səxavət Məmməd
Fotolar Fariz Faiqoğluna məxsusdur

www.yenicag.az

1279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv