!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkotik aludəçilərinin artan SAYI: "Qadınların bu vəziyyətə düşməsini heç cür qəbul etmək olmur"

!Reklam – Yazi

“Bu, gələcək nəsillərin sağlamlığı baxımından olduqca təhlükəli haldır”

Bu sözləri ölkədə narkotik aludəçilərinin sayının artmasına münasibət bildirən Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında deyib.

Sosioloqa görə, son dövrdə narkotik aludəçilərinin sayının artmasının səbəbi narkomaniya ilə mübarizənin lazımi səviyyədə aparılmamasıdır:

“Narkotik aludəçiləri arasında gənclərin, qadınların və yeniyetmələrin çoxluq təşkil etməsi təəssüf doğurur. Narkotik aludəçiliyinin geniş yayılması artıq aktual hal alıb. Artıq sosial şəbəkələrdə narkotik vasitənin təsiri altında olan qadınların küçələrdə özünü idarə edə bilməməsi ilə bağlı kadrlara sıx rast gəlinir. Qadınların bu vəziyyətə düşməsini heç cür qəbul etmək olmur. Əvvəllər yalnız kişilər bu yolu seçirdilər. Hətta kişilərin belə o vəziyyətindən təsirlənirdik. Qadınların narkotik aludəçisi olması artıq təhlükənin nə dərəcədə böyük olduğunu göstərir. Həmin qadınlardan azyaşlı övladları olanlar heç də az deyil. Bu, gələcək nəsillərin sağlamlığı baxımından olduqca təhlükəli haldır.

Narkotik asılılığı olan şəxslərin cəmiyyətdə sərbəst gəzməsini və ətraf üçün real təhlükə yaratmasını nəzərə alsaq, narkomaniya ilə mübarizə çərçivəsində atılan addımlar ürəkaçan deyil. Yəni dövlət və rəsmi qurumlar səviyyəsində ciddi addımlar atılmır. Halbuki xüsusi dövlət proqramlarının hazırlanmasına ehtiyac var. Narkotik aludəçilərinin yenidən cəmiyyətə qaytarılması uğurunda mübarizə aparılmalıdır”.

Qeyd edək ki, hazırda Azərbaycanda 34 mindən çox narkotik aludəçisi var. Bu şəxslərin 556 nəfəri qadındır.

Gülşən Şərif

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv