!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkotik aludəçisi olan model reabilitasiya mərkəzinə yerləşdirildi

!Reklam – Yazi

Bir vaxtlar şou-biznesdə Təhminə adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimovanın anası qızının narkotik aludəçisi olduğunu açıqlayıb.

Yenicag.az xəbər verir ki, Təhminə müalicə almaq üçün reabilitasiya mərkəzinə yerləşdirilib. Bu barədə aparıcı Elgiz Əkbər televiziyada yayımlanan verilişlərdən birində deyib. Verilişə virtual qoşulan Təhminə bir neçə gündür müalicəsinin başladığını söyləyib.
Qeyd edək ki, Təhminə İngiltərə vətəndaşı olan iş adamı ilə ailə qurub. Həmin şəxs Təhminəyə çoxlu ev alıb. Modelin həmin şəxsdən övladı dünyaya gəlib. O bildirib ki, narkotik istifadə etdiyi üçün həyat yoldaşı ondan ayrılıb. Rövşanə Kərimovanın anası sözügedən verilişə çıxaraq qızının milyonluq evlərini satdığını açıqlayıb. Təhminə Faiq Ağayev, Samir Bağırov, Fərhad Bakinski kimi sənət adamlarının kliplərində çəkilib./axsam.az

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv