!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkotik qəbul edib taksi sürdü

!Reklam – Yazi

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin təsiri altında taksi sürücülüyü edən şəxsi saxlayıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Quba rayon sakini Rövşən Qasımbəyovun idarə etdiyi VAZ-2106 markalı avtomobil Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb.

R.Qasımbəyov RPŞ-yə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olduğu təsbit edilib.

Quba rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.

www.yenicag.az

354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv