!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkotikin dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldı

!Reklam – Yazi

Bu gün Bakı şəhəri Yasamal Rayon Məhkəməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən H.Q (ad şərti verilib) barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılıb.

Yenicag.az xəbər verir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən verilən məlumata görə, H.Q 2022-ci ilin mart ayının 4-də qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddələri və narkotik vasitələri satış məqsədi ilə ümumi təmiz çəkisi 2170,06 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 325 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini yaşadığı evə aparıb saxlamış, 2022-ci ilin mart ayının 8-də həmin narkotik vasitə heroinin təmiz çəkisi 98,505 qram olan hissəsini bir ədəd bükümdə ayırıb əynindəki qara rəngli gödəkcənin sağ yan cibinə qoyaraq özü ilə daşımışdır. Bununla əlaqədar, Yasamal rayonu ərazisində şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və faktla bağlı cinayət işi başlanılmışdır.

Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş H.Q. barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv