!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

!Reklam – Yazi

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı VAZ-21154 markalı nəqliyyat vasitəsinin sürücüsü Nicat Hüseynli yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin marixuanadan istifadə etdiyi sübuta yetirilib. N.Hüseynlinin barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv