!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkotikin təsiri altında avtomobil sürən şəxs və sərnişini saxlanıldı

!Reklam – Yazi

İyulun 24-də saat 21 radələrində Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində işıq cihazlarından düzgün istifadə olunmayan “Mercedes” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, sürücü – Yevlax rayon sakini Pərviz Rüstəmovun və avtomobildə olan həmyerlisi, əvvəllər məhkum olunmuş Şaiq Şirinovun narkotik vasitənin təsiri altında olmaları müəyyən edilib.

Onlar Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan heroin, metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv