!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkotikin təsiri altında olan daha bir sürücü saxlanıldı

!Reklam – Yazi

Bakının Nərimanov rayonunda taksi fəaliyyəti ilə məşğul olan narkotik aludəçisi saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1988-ci il təvəllüdlü Samid Abdullayev inzibati məsuliyyətə cəlb ediliməklə, taksi kimi fəaliyyəti dayandırılıb.

Rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsinə müvafiq olaraq barəsində 20 sutka həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunub.

www.yenicag.az

312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv