Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Narkotiklə tutuldu, oğurluq etdiyi üzə çıxdı - FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Hafis Səmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Onun üzərinə keçirilən baxış zamanı iki bükümdə narkotik maddə heroin aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən H.Səmədovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən bir ədəd motorlu mişar oğurladığı və dəyərindən ucuz qiymətə satdığı da müəyyən edilib.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

www.yenicag.az

132
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100