Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

NASA-dan xəbərdarlıq - İri asteroid Yerə yaxınlaşır

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) diametri 440-990 metr olan iri asteroidin Yerə yaxınlaşdığı barədə məlumat yayıb.

Yenicag.az xəbər verir ki, bu barədə NASA-nın Yerətrafı Fəzadakı Obyektlərin Tədqiqatı Mərkəzi (CNEOS) məlumat yayıb.

Məlumata görə, oktyabrın 25-də 162082 (1998 HL1) adı verilən göy cismi saniyədə 11,2 kilometr sürətlə Yerin təxminən 6,2 milyon kilometr yaxınlığından keçəcək.

NASA-nın məlumatına görə, həmin asteroid 1998-ci ilin aprel ayında kəşf olunub. Astronomlar onu Apollonlara – orbitləri Yer orbiti ilə kəsişən asteroidlərə aid edir.

Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarə planetimiz üçün potensial təhlükə törədən və eni bir kilometrdən çox olan iri asteroidlərin 93 faizini aşkarlayıb. Belə obyektlərin təxminən minə yaxını Günəşdən 195 milyon kilometr məsafədə dövrə vurur. Alimlər, həmçinin Yerin yaxınlığında yerləşən orta ölçülü (100 metrdən bir kilometrə qədər) asteroidlərin sayını da müəyyənləşdirə bilib: 19,5 min ədəd./AZƏRTAC/

www.yenicag.az

2477
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM