Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

NASA Marsın səthində yad cisim aşkarladı: Nə olduğunu alimlər də bilmir - VİDEO

NASA-nın Mars Elmi Araşdırmalar laboratoriyasının tərkibində fəaliyyət göstərən “Curiosity Rover” peyki Marsda parlaq cisim aşkarlayıb.

Yenicag.az xəbər verir ki, sözügefən kəşf dünya mediasında böyük təəccübə səbəb olub.

Alimlər “Little Colonsay” adı verilən cismin nə ola biləcəyi barədə heç bir fikir irəli sürə bilməyib. Onlar bunun nə olduğunu ancaq aparılacaq araşdırmadan sonra söyləməyin mümkün olacağını qeyd edib.

Mars haqqında qeydlər aparan, astronom Suzan Şvenzer deyib ki, cisimin bir meteor ola bilər. Ancaq bunu kimyəvi araşdırma apardıqdan sonra dəqiq nə olduğunu öyrənmək mümkün olacaq.

Qeyd edək ki, Curiosity, 2012-ci ilin avqustunda Marsa eniş edib. Peyk 6 il ərzində Marsın keçmişdə mikrobioloji canlı yaşama ev sahibliyi etdiyinə aid çox sayda faktlar aşkarlayıb. Bu kəşflər sırasında milyardlarla il əvvələ aid göl və axar su hövzələri sistemlərini də misal göstərmək olar.

 

www.yenicag.az

3811
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS