Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

NASA-nın bu layihəsi İLKDİR: Asteroidlə toqquşduracaqlar

Amerika Milli Kosmik Agentliyi (NASA) Yer planetini mümkün kosmik təhlükədən qorumaq üçün yeni layihə başladıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, NASA DART adı verilən testlə Dünya ilə toqquşaraq planetin sonunu gətirə biləcək real təhlükəli asteroidlərdən müdafiə sistemini sınaqdan keçirəcək.

Bunun üçün 610 kiloqram ağırlığında olan DART kosmik gəmisi sabah fəzaya göndəriləcək. Kosmik gəminin 2022-ci ildə “Dimorphos” asteroidi ilə toqquşdurulması planlanır.

NASA-nın bu layihəsi həyata keçiriləcəyi təqdirdə bəşəriyyət tarixində ilk dəfə Günəş sistemindəki kosmik cismin dinamikası nəzərəçarpacaq dərəcədə dəyişdirilmiş olacaq.

www.yenicag.az

129
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100