!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NASA “Voyager 2” ulduzlararası kosmik gəmi ilə yenidən əlaqə qurdu

!Reklam – Yazi

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ulduzlarrarası “Voyacer-2” kosmik gəmisi ilə əlaqəni bərpa etməyə nail olub.

Yenicag.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

NASA bildirib ki, iyulun 21-də bir sıra planlaşdırılmış əmrləri gəmi əmrləri qəbul edə və məlumat ötürə bilməyib.

Agentliyin məlumatına görə, Avstraliyanın Kanberra şəhərinin dərin kosmik rabitə şəbəkəsinin mütəxəssisləri Yerdən 19,9 milyard km məsafədə yerləşən gəminin qurğusunun Yerə doğru yönəldilməsi üçün istiqaməti dəyişdirmək əmri ilə siqnal göndəriblər.

NASA “Voyager 2” ilə əlaqəni tam bərpa edib.

Qeyd edək ki, “Voyacer 2” ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi tərəfindən kosmosa göndərilmiş insansız kosmik gəmidir. Yupiter, Saturn, Uranı ziyarət etmiş tək kosmik aparatdır. Ötən əsrin 70-ci illərinə aid sınaq, hazırda ulduzlar arasındakı az öyrənilən fəza hissələri haqqında təsəvvürləri qalaktik kosmik şüa selinin öyrənilməsi yolu ilə zənginləşdirə biləcək. “Voyager” cütlüyü 1977-ci ildə Florida ştatının Cape Canaveral şəhərində iki həftəlik ara ilə (“Voyager 2” – 20 Avqust, “Voyager 1” – 5 Sentyabr) fəzaya buraxılıb.

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv