!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Natavan müğənniləri lağa qoydu: “Nə gündəsiniz?”

!Reklam – Yazi

Müğənni Natavan Həbibi şou əhlinə qəzəblənib.

Yenicag.az xəbər verir ki, bir müddət öncə efirlərə çıxmaq üçün qonorar tələb etməsinə qarşı çıxan həmkarları onu özündən çıxarıb.

O, ad çəkmədən müğənniləri sərt tənqid atəşinə tutub. Bununla ürəyi soyumayan Natavan həmkarlarını lağa da qoyub:

“Haqqıma girdiniz, sizə elə bu da azdır. Sizi insan, sənətçi, sənətkar yerinə qoyan olmayıb, elə də qalacaqsınız. Yəni qulluqçu, kloun vəziyyətindəsiz! Özünüzə hörmət qoymadınız. Aparıcıların, kanal işçilərinin köməkçiləri kimi danışdınız. Bizə qarşı çıxmaqla öz haqqınızı tapdaladınız. Nə gündəsiz?”

Qeyd edək ki, Natavan bir müddət öncə efirə çıxmaq üçün qonorar istəmişdi. Bəzi həmkarları onu müdafiə etsələr də, bəziləri sənətçiyə qarşı çıxmışdılar.

Nehru

www.yenicag.az

742
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv