!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Natavan oğluna təmtəraqlı doğum günü etdi – VİDEO

!Reklam – Yazi

Müğənni Natavan Həbibi oğlu Zeyd Əlinin doğum gününü təmtəraqlı şəkildə qeyd edib.

Yenicag.az xəbər verir ki, ad günü məclisində sənətçinin ailəsi və yaxın dostları iştirak edib.

Görüntülərdə Natavanın həyat yoldaşı reper Dado yer almayıb.

Qeyd edək ki, Natavanla Dado arasında küsülülük yaşanır.

Dado bir müddət öncə Natavan Həbibi barədə sərt və qalmaqallı açıqlama verib:

“Gedirəm uşağı görməyə, çəkiliş edir. Məhkəməyə vermişəm, qəti qərarımdır. Heç istəməzdim, belə olsun, amma bu yola əl atmağa məcbur etdilər. 3-4 ay idi, uşağımı görmürdüm. İlk uşağam, valideynlərimin ilk nəvəsidir. Mənimlə sənin aranda olan münasibətdir, yazıq baba-nənənin nə günahı? Onun anası qəsdən edir ki, uşaq biz tərəfi tanımasın.

İstəmirəm, məhkəməyə verim ki, uşağı güclə gətirsinlər, valideynlərim görsün. Uşaq doğulandan sonra dəyişdi. Sənə gəlinlik geyindirdim, qadın etdim. Özünə sığışdırmırsan ki, atam, anam gəlib nəvəsini görsün?”

Xatırladaq ki, Natavan və Dado 2017-ci ildə ailə qurub. Onların Zeyd adlı oğlu var.

Videonu təqdim edirik:

Nehru

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv