!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış telejurnalist Natəvan Babayevanın nəşi Salyana gətirildi - SON DƏQİQƏ - YENİLƏNDİ

!Reklam – Yazi

Tanınmış telejurnalist Natəvan Babayevanın nəşi Salyan rayonuna gətirilib.

Yenicag.az xəbər verir ki, N.Babayeva sabah səhər saatlarında doğulduğu Parça Xalac kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Telejurnalist uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, N.Babayeva 1977-ci ildə Salyan rayounun Parça Xalac kəndində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTv-də aparıcı işləyib./report/

Allah rəhmət eləsin!

***

20:01

Tanınmış aparıcı Natəvan Babayeva vəfat edib.

Yaxınlarının Yenicag.az-a verdiyi məlumata görə teleaparıcı bu dəqiqələrdə vəfat edib. Mərhum Salyanda dəfn olunacaq.

Qeyd edək ki, tanınmış jurnalist bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

www.yenicag.az

1067
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv