!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Natiq Qasımov: "39 il sonra yenidən Azərbaycan çempionu olduğum üçün sevincliyəm""

!Reklam – Yazi

28 fevral 2022-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində usta cüdoçuların Azərbaycan çempionatı keçirilib.

Yenicag.az xəbər verir ki, çempionatda 60, 66, 73, 81, 90, 100 və +100 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

90 kiloqram çəki dərəcəsinin M-6 yaş qrupunda (55-59 yaş) qələbə qazanan Natiq Qasımov təəssüratlarını Yenicag.az-la bölüşüb.

Usta cüdoçu bu qələbənin onun üçün xüsusi önəm daşıdığını vurğulayıb:

“Otuz doqquz il bundan əvvəl, 1983-cü ildə mən ilk dəfə böyüklər arasında cüdo üzrə Azərbaycan çempionu olmuşam. Bu illər ərzində özümü formada saxlamağa, məşq etməyə və topladığım təcrübəni tələbələrimə ötürməyə çalışdım. Usta cüdoçular arasında Azərbaycan çempionatının keçirilməsindən xəbər tutduğum zaman özümü sınamaq və yarışda iştirak etmək qərarına gəldim.

Sevinirəm ki, bu qədər ildən sonra bu nailiyyəti yenidən təkrarlaya bildim – Azərbaycan çempionu oldum. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Hər kəsi yaşından asılı olmayaraq idmanla məşğul olmağa, sağlam həyat tərzi sürməyə çağırıram”.

www.yenicag.az

1434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv